ADSEA nümayəndə heyəti Mekorot şirkəti ilə əməkdaşlıq çərçivəsində İsrailə işgüzar səfər həyata keçirib
12 May, 2025 | 14:25
Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin nümayəndə heyəti Mekorot şirkəti ilə əməkdaşlıq çərçivəsində İsrailə işgüzar səfər həyata keçirib.
ADSEA-nın sədr müavini İlham Bayramovun rəhbərliyi ilə baş tutan səfərin əsas məqsədi su ehtiyatlarının səmərəli idarə olunması sahəsində tətbiq olunan qabaqcıl texnologiyalar və innovativ həllərlə tanışlıq olub.
Eyni zamanda, bu səfər Azərbaycanın milli su strategiyasında qarşıya qoyulan müvafiq hədəflərin həyata keçirilməsinə töhfə verəcəkdir.
Səfər zamanı içməli su sistemləri, suvarma suyunun idarə edilməsi, tullantı sularının təkrar istifadəsi, suyun keyfiyyətinə nəzarət, dəniz suyunun duzsuzlaşdırılması, su infrastrukturlarının kibertəhlükəsizliyinin təmin edilməsi üzrə tətbiq olunan innovativ həllər, eləcə də bu sahədə istifadə edilən SCADA sistemlərinin təmin edilməsi barədə geniş məlumat əldə olunub.