İlqar Tapdıq oğlu Gülməmmədov

İlqar Tapdıq oğlu Gülməmmədov

1972-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1994-cü ildə Azərbaycan Dövlət İqtisad Universitetinin “Material resursların idarə edilməsi” fakültəsini iqtisadçı ixtisası üzrə bitirmişdir. 

Əmək fəaliyyətinə 1996-ci ildə 9 saylı Təmir tikinti trestində kommersiya məsələləri üzrə müdir müavini kimi başlayıb. 2009-cu ilədək müxtəlif təşkilatlarda kommersiya və maliyyə  məsələləri üzrə müdir müavini kimi çalışmışdır. Sonrakı 5 il ərzində özəl sektorda Favorit MMC-nin direktoru kimi fərdi sahibkarlıqla məşğul olmuşdur. 

2014-cü ildən Azərbaycan Dövlət Kənd Təsərrüfatı Nazirliyi yanında Kənd Təsərrüfatı Layihələrinin və Kreditlərinin İdarəedilməsi üzrə Dövlət Xidmətinin Beynəlxalq Kənd Təsərrüfatının İnkişafı Fondu (İFAD) ilə birgə Kənd yerlərinin Kompleks İnkişafı layihəsinin kreditlər üzrə baş koordinatoru olmuşdur.

2018-ci ildən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi Sahibkarlığın İnkişafı Fondunda audit şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Qərbi Kaspi Universitetinin “Ümumi İqtisadiyyat” fakültəsinin dissertantıdır. İqtisad üzrə fəlsəfə doktoru elmi dərəcəsi almaq üçün dissertasiya üzərində işləyir. İqtisadi artımın yüksəldilməsi problemləri üzrə məqalə və tezisləri dərc olunmuşdur.

Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müvini vəzifəsinə təyin edilmişdir.

Evlidir, iki övladı var.