İlham Üzeyir oğlu Bayramov

İlham Üzeyir oğlu Bayramov

1970-ci ildə Zəngəzur mahalında anadan olub.

1987-1992-ci ilərdə M.V.Lomonosov adına Moskva Dövlət Universitetininin “Torpaqşünaslıq və aqrokimya” fakültəsini bitirib.
11 mart-28 iyun 2002-ci il tarixlərində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Hərbi Akademiyasının “Strateji Tədqiqatlar və Dövlət Müdafiəsinin İdarəetmə Akademik Kursları”nı bitirib.

2006-2009-cu illərdə Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının “Rəhbər kadrların ixtisasının artırılması” fakültəsinin fərqlənmə ilə başa vurub.

Kənd təsərrüfatı elmləri üzrə fəlsəfə doktorudur.

Əmək fəaliyyətinə 1993-1995-ci illərdə Moskva şəhərində başlayıb. 1995-1996-cı illərdə Azərbaycan Elmlər Akademiyasında fəaliyyət göstərib.

1996-1999-cu illərdə Azərbaycan Respublikasının Dövlət Əmlak Komitəsində, 1999-2001-ci illərdə Azərbaycan Respublikasının Dövlət Torpaq Komitəsində müxtəlif məsul vəzifələrdə çalışıb.

2005-ci ildə Azərbaycan Respublikasının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətində şöbə rəisi, 2006-2009-cu illərdə Dövlət Xidmətin rəis müavini vəzifəsində işləyib.
2009-2013-cü illərdə özəl sektorda informasiya və kommunikasiyaları texnologiyaları sahəsində fəaliyyət göstərib.

2013-2014-cü illərdə “Azərsu” ASC-nin İnformasiya və Kommunikasiya Texnologiyaları departamentinin rəisi, 2014- 2018-ci illərdə  Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi aparatının rəhbəri, nazirin müşaviri, 2018-2021-ci illərdə Azərbaycan Sənaye Korporasiyası ASC-də İstehsal və Əməliyyatlar departamentinin direktoru, 2021-2024-cü ilin noyabr ayınadək İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin tabeliyində olan “Azərbaycan Standartlaşdırma İnstitutu” PHŞ-nin baş direktoru vəzifələrində çalışıb. 

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 7 noyabr tarixli 222416 nömrəli Sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib. 

Azərbaycan Respublikası Prezidentinin 19 noyabr 2024-cü il tarixli Sərəncamı ilə Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədr müavini vəzifəsinə təyin olunub.

Evlidir, üç övladı var.